Şövkət Ələkbərova — Şən Azərbaycan (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.6” albomundan “Şən Azərbaycan“ ifası artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Polad Bülbüloğlu Söz: Məstan Günər Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1] Qoy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim öz diyarımdan [Nəqarət] Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! [Bənd 2] El qızları düzüm-düzüm Kür qırağında Min gül açır Gəncəmizin hər budağında Dost elləri Qarabağın dağ vüqarlıdır Gen çölləri bu torpağın xoş baharlıdır [Nəqarət] Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! [Bənd 3] Hər damlası layla çalan göy Xəzərin var Hər ulduzu nəğmə olan min şəhərin var Keçdim yenə çiçək-çiçək hər mahalından Öz yurdumun doymaz ürək yüz vüsalından [Nəqarət] Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! Hər yanı gülşən Azərbaycan! Şövkət Ələkbərova tərəfindən ifa olunan “Şən Azərbaycan” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2023 Etiketlər: #ŞövkətƏləkbərova #ŞənAzərbaycan #mikpro
Back to Top