Erməni nazirdən Azərbaycanla bağlı etiraf - BAKU TV

Erməni nazirdən Azərbaycanla bağlı etiraf- BAKU TV Aktual xəbərlərimiz Ermənistanın iqtisadiyyat naziri ermənilərə od qoyan açıqlama verib. Belə ki, Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasından danışan Vaan Kerobyan dəmir yolu əlaqəsi olmadan inkişaf etmiş sənayenin mümkün olmadığını bəyan edib. Bu barədə o, yerli telekanallardan birinə müsahibəsində bildirib. Nazir yaxın vaxtlarda Türkiyə ilə yüklərin hava yolu ilə daşınmasına başlanılacağını da deyib. Kerobyan deyib ki, Ermənistan-Türkiyə sərhədi açılsa, Ermənistan cəmi iki-üç il ərzində 30 faizlik iqtisadi artıma nail ola bilər. Onun fikrincə, bunu bir sıra beynəlxalq araşdırmalar sübut edir. Nazir vurğulayıb ki, Türkiyə vətəndaşlarının Ermənistana investisiya qoymasına heç vaxt qadağa qoyulmayıb. Ancaq eyni şeyi Ermənistan vətəndaşları haqqında demək olmaz. “Sərhədlərin açılması bizə hələ də sərbəst şəkildə sərmayə qoya bilən Türkiyə vətəndaşlarından və bizneslərindən daha çox imkanlar verir”, - deyən Kerobyan qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etmək üçün təxminən 200 milyon dollar xərcləməlidir. “Əgər Azərbaycanla azad ticarət rejimi qurularsa, bu, nəinki Ermənistanın biznesinə və vətəndaşlarına zərər verməyəcək, həm də daha böyük bazarlara çıxmağa kömək edəcək”, - deyə iqtisadiyyat naziri fikrini tamamlayıb. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Erməni nazirdən Azərbaycanla bağlı etiraf #bakutv #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top