Paşinyana sual: “Qarabağı Azərbaycanın tərkibində qoymaq istəyirsiniz?” #shorts

Ermənistan müxalifəti Baş nazir Paşinyanın çıxışı zamanı Milli Məclisi tərk edib. Müxalif Daşnaksutyun partiyasından Armen Rustamyan baş nazirdən niyə hələ də hakimiyyətdə qaldığını soruşub. “Artsaxı Azərbaycanın tərkibində qoymaq üçünʔ”, Armen Rustamyan Lakin Paşinyan suala cavab verməyə hazırlaşan zaman müxalif fraksiyanın üzvləri parlamenti tərk ediblər. “Aha, dinləmək istəmirsiniz?.. Bəs belə deyin də... belə deyin də... Bax beləcə həmişə qaçdığınız kimi də qaçacaqsınız”, Nikol Paşinyan. Daha sonra zalda, “Yaşasın, erməni demokratiyası!” səsləri eşidilib.
Back to Top