Erməni polkovnik Koryun Qumaşyan beynəlxalq axtarışa verilib - Baku TV

Erməni polkovnik Koryun Qumaşyan beynəlxalq axtarışa verilib - Baku TV Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanın İrəvandakı “Noyan Tapan” agentliyinə və Ermənistan televiziyasına 2021-ci il iyunun 6-da müsahibə verərkən Kəlbəcər və Laçında təxminən 500-600 hektar ərazini zəncirvari minaladıqlarını, bunun üçün 17 yük avtomobili həm tank, həm də piyada ələyhinə mina basdırdıqlarını etiraf edib. Bununla bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırma aparılıb. “Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktoru, Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyanın şəxsiyyəti istintaqla araşdırılan digərləri ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək təxribat xarakterli fəaliyyəti yerinə yetirmək, Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətmək, insanları qəsdən həyatdan məhrum etmək məqsədilə Laçın və Kəlbəcər rayonları ərazilərində 17 yük avtomobili tank və piyada ələyhinə minalar basdırmalarına şübhələr müəyyən edilib. Koryun Qumaşyanın minaların ba
Back to Top