“Vətən müharibəsi dövründə qənimət kimi çox sayda texnika və silah-sursat götürülüb. Bunu Müdafiə-sənayesi naziri, general-polkovnik Mədət Quliyev deyib: “Ordumuzun çevik, sürətli hücumu nəticəsində erməni əsgərləri texnikaları işlək vəziyyətdə qoyaraq qaçıblar. Həmin texnikalar, silah-sursatlar Müdafiə Nazirliyi ilə birgə təmir edilib və Azərbaycan Ordusunun istifadəsinə verilib. Vətən müharibəsində Ermənistan ordusundan hərbi qənimət kimi götürülən texnikalar, silah-sursat artıq Azərbaycan Ordusunun istifadəsinə verilib“.
#ictimaitv #video #televiziya #baku #videolar #itv