Hərbi vəzifəlilər praktiki atış çalışmalarını icra ediblər

Hərbi vəzifəlilər praktiki atış çalışmalarını icra ediblər Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N“ hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir. Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilir. Toplanış zamanı hərbi vəzifəlilərə silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilib. Həmçinin hərbi vəzifəlilər təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər. ____ С военнообязанными проведены практические занятия по огневой подготовке В соответствии с утвержденным министром обороны планом подготовки на 2023 год, в Н-ской воинской части продолжаются учебно-тренировочные сборы с группой военнообязанных запаса, проводимые в целях совершенствования их боевых навыков. На сборах, проводимых в целях повышения уровня боевой подготовки, знаний и умений военнообязанных, выполняются различные задачи. В ходе сбора военнообязанные осваивают тактико-технические характеристики вооружения, правила их сборки-разборки и применения. Военнообязанные успешно выполнили на тренировочной площадке задачи по приведению оружия в боевую готовность, занятию огневой позиции, обнаружению и уничтожению целей условного противника с соблюдением правил прицеливания. ____ Reservists accomplished practical shooting exercises According to the training plan for 2023 approved by the Azerbaijan Defense Minister, a training session is being held to improve the combat skills of a group of reservists in one of the military units. During the training session, various tasks are being accomplished in order to increase the level of combat readiness, knowledge and skills of the reservists. The participants are taught the perfomance characteristics of weapons, the rules of their incomplete disassembly and use. Furthermore, the reservists have successfully accomplished the tasks on bringing weapons to state of combat readiness in the training area, taking the firing position, detecting and destroying imaginary enemy targets with accurate fire by properly observing the rules of targeting.
Back to Top