Hərbi vəzifəlilər təlimə görə toplandı | MN-dən görüntülər

Hərbi vəzifəlilər təlimə görə toplandı | MN-dən görüntülər Bu ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən növbəti təlim toplanışı davam edir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi hissələrdə yaradılan toplanış məntəqələrinin qərargahlarında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçir, eləcə də hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar. Toplanış zamanı hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalındakı müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir. Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışında plana uyğun olaraq müxtəlif tapşırıqlar icra edilir. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Hərbi vəzifəlilər təlimə görə toplandı | MN-dən görüntülər 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #hərbivəzifəlilər #təlim #səfərbərlik #hərbixidmət #dövlətxidməti #müdafiənazirliyi #mətbuatxidməti
Back to Top