Ermənilər Ağdərəni boşaldır - YENİ GÖRÜNTÜLƏR - Baku TV

Ermənilər Ağdərəni boşaldır - YENİ GÖRÜNTÜLƏR - Baku TV Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində yaşayan ermənilər məskunlaşdıqları yerləri kütləvi şəkildə tərk edirlər. Bu dəfə Ağdərə rayonunun boşaldıldığını əks etdirən kadrlar yayımlanıb. Erməni sürücü tərəfindən çəkilən görüntülərdən aydın olur ki, onlar rayonu kütləvi şəkildə boşaldırlar. Niyəsə burada Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirlər. Videonu çəkən sürücü artıq qaz və işığın olmadığını da qeyd edir. Vaxtı ilə ermənilərin ən sıx məskunlaşdığı 3-cü şəhər olan Ağdərədə indi, belə demək mümkünsə, ölüm səssizliyi hökm sürür. Kəndlər, demək olar, tam boşaldılıb. ________________________________ Pulsuz Elanlar: Website: Bizi izləyin: **** Bizi Sosial Şəbəkələrdə izləyin Facebook: Instagram: Tiktok: **** Kanalımızın m
Back to Top