Ağdərə-Kəlbəcər yolu açıldı – İlk görüntülər

Ermənilər ona Mardakert deyirdi. Tarixi adı isə Ağdərə idi. Uşaq vaxtı Kəlbəcərə gedəndə Ağdərədən çox keçmişdim. Sonuncu dəfə o yolda erməni uşaqlar avtomobilimizi daşlamışdı da. Bir daha gedə bilmədik o yolla. 1991-ci ildə Kəlbəcər-Ağdərə yolu ilə hərəkət yalnız əli silahlı sovet əsgərlərinin müşayiəti ilə mümkün idi. Həmin ilin payızında isə yol tamamilə bağlandı. 30 ildən çox. İndi nə erməni separatçıları var həmin yolda, nə də əli silahlı rus əsgərləri. Tam azaddır yol. Şəhidlərimiz, qazilərimiz, Ali baş komandanımız sayəsində. Bu həftə çəkiliş qru
Back to Top