Müdafiə Nazirliyindən əhaliyə müraciət - BAKU TV ()

Müdafiə Nazirliyindən əhaliyə müraciət - BAKU TV () Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi fevralın 25-dək Seyfəli poliqonunda həyata keçiriləcək. “Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq“, - deyə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyindən əhaliyə müraciət © 2023 © All Rights Reserved ℗ Baku TV #mudafienazirliyi #ehaliyemuraciet #doyushazirligi
Back to Top