Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib

Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif bölgələrdə yerləşən yeni inşa edilmiş bir neçə hərbi hissənin açılışında iştirak edib. Şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. Müdafiə nazirinə məruzə olunub ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət bu komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə gener
Back to Top