Azərbaycan, Türkiyə və Pakistan liderləri Astanada nələri müzakirə etdi?
Azərbaycan, Türkiyə və Pakistan liderləri Astanada nələri müzakirə etdi?
Azərbaycan, Türkiyə və Pakistan tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlıdır.
Bu barədə iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüşdə bildirilib.
Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir və bunun gələcəkdə də davam etdirilməsi vacibdir.
Söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulanıb. Regiondan kənar ölkələrin Cənubi Qafqazda militarizasiya siyasəti aparmasından narahatlıq ifadə edilib.
Üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edilib, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb.
Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edilib və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirilib.
Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib və təklif məmnunluqla qəbul olunub.
Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb. Azərbaycan Prezidenti Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət edib və Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.
Bizi WhatsApp-da izləyin
ARZUNUN VAXTI ➧
QAPQARA ➧
AYDIN TARİX ➧
ORALARDA NECƏDİR? ➧
O VAXTLAR ➧
SONUNCU ŞAHİD ➧
BAKU ANALİTİK ➧
BAKU MED ➧
RƏSMİLƏR ➧
BAKU AKTUAL ➧
RETRO BAKU ➧
ARAŞDIRMA ➧
44 GÜN ƏSGƏR RƏŞADLA ➧
QARABAĞ XRONİKASI ➧
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧
Azərbaycan, Türkiyə və Pakistan liderləri Astanada nələri müzakirə etdi?
2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#bakutv #azərbaycan #türkiyə #pakistan #liderlər #qazaxıstan #astana #müzakirə #başnazir #prezident #ilhaməliyev #ərdoğan #məhəmmədşahbazşərif #prezidentləringörüşü