Təlimlər çərçivəsində Müdafiə naziri HHQ-nin Birləşmiş komanda məntəqəsində olub

Təlimlər çərçivəsində Müdafiə naziri HHQ-nin Birləşmiş komanda məntəqəsində olub Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) Zenit-raket qoşunları və hərbi aviasiyanın qarşılıqlı fəaliyyətinin təşkilini yoxlamaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin Birləşmiş komanda məntəqəsində olublar. HHQ komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Birləşmiş komanda məntəqəsinin fəaliyyəti barədə Müdafiə nazirinə məruzə edib. Bildirilib ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə HHQ-nin fasiləsiz döyüş növbətçiliyinin aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir. Qeyd e
Back to Top