İrana casusluq edən azərbaycanlı saxlanıldı - BAKU TV ()

İrana casusluq edən azərbaycanlı saxlanıldı - BAKU TV () Sosial şəbəkələrimiz Dövlət Təhlükəsizliyi Xidmətində İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktlarına görə başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır. Xidmətdən verilən xəbərə görə, ibtidai istintaq zamanı 55 yaşlı Azərbaycan vətəndaşı Taleh Yusifovun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İranda yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsinə dair şübhələr müəyyən edilib. Bundan başqa, onun “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakı da məlum olub. Həmçinin müəyyənləşdirilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib, məhkum edilən Yunis Səfərov, Rövşən Əsədov və digərləri ilə birgə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində hərbi təlimlərdə iştirak edib. Həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər də keçib. Bütün bunlar nəzərə alınaraq Taleh Yusifov Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib. İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Hazırda cinayət işi üzrə araşdırmalar davam edir. İrana casusluq edən azərbaycanlı saxlanıldı © 2022 © All Rights Reserved ℗ Baku TV #iran #casusluq #azerbaycanli #saxlanildi
Back to Top