Elvin Nasir - Hardasan (Qəzəl:Nəsimi)

Elvin Nasir-in ifa etdiyi “Hardasan“ adlı parçası artıq onlayndır! Elvin Nasir-ə YouTube-da abunə ol : Söz:Elvin Nasir Şeir:Nizami Gəncəvi Musiqi:Berkay Candır Kamança:Anar Yusub Səsyazma:Khaba records Səs uzlaşması:İsamir Video:Elvin Nasir Korrektor və Tərcüməçi: Şəlalə Mirzəəli Media dəstəyi: @ Elvin Nasir-i sosial şəbəkələrdə izlə : Instagram - Elvin Nasir-i rəqəmsal platformalarda dinlə : Spotify - Apple Music - Baş sponsor:Duruca (@) Söz/beat:Elvin Nasir (@elvinnasir_) Sample:İmamyar Həsənov “Ay işığında Qəzəl:Nəsimi “Hardasan“ Video:İlhami Şahbazlı (@ilhamishahbazli) Səsyazma:Ecaz Studio (@ecazproduction) Səs uzlaşması:Ibrahim Seyfulla (@ibrahimseyfulla_) Rəsmi media partnyoru @ Sözləri: Üstümə əzab yağır göylərdən damla damla Hardasan ey günəşim,yazım,baharım hardasan Yenə axşam düşəcək canımı şam yandıracaq Haradasan ey yarım,ey nigarım hardasan Elə bil soyuq kəsir damarlarımı şiddətlə Qəlbimi donduracaq bu intizarım hardasan Axı Allah səni vermişdi əmanət aşiqə Hədiyyə cənnətdən,yadigarım hardasan Bu vətən qürbət olubdur mənə sənsiz ey yar Məni bihuş eyləyən eşq diyarım hardasan Elə bil taxtı tacı yerlə yeksan olan şaham Ey mənim səltənətim,dövləti varım hardasan? O gedib addım izlərində mənim cəsədim var İçimdə iniltilər,ahuzarım hardasan Qələmim kədər yazar,canımda dərdi azar Cəsədim yerdə qalıb gəl ey məzarım hardasan? Kaş bilsən nə qədər,ismini dünyaya bağırdım Ey məni edam edən,son qərarım hardasan? Sənsiz fəsillər də yerini dəyişmiş deyəsən Yazda qızmar günəşim,qışımda qarım hardasan? Öldüyüm günümə qədər bezməyəcəm yar deyəcəm Mənim eşq baxçamda,tək nübarım hardasan Elə bir üsyan etdi duyğularım dünyaya Yayıldı ərşə qədər aləmə carım hardasan Nədənsə şeirlərin yoxdu indi təsəllisi Ey mənim Bəxtiyarım,Şəhriyarım hardasan Acılar canım yandırır mən isə öyrəşirəm Hardasan ey bidərd ruzigarım hardasan? Kor olar gözlərim ki mən o qədər ağlayaram Sağ gözümdə sevincim solda qubarım hardasan? Elə bil ruhumu zəncirlədilər cəhənnəmə Canımda dözüm yoxdu səbrü qərarım hardasan? Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023 Etiketlər : #Hardasan #ElvinNasir #MusicsofAzerbaijan
Back to Top