DOST (Elvin Nasir - Cəmil; Əziz Dostum )

Elvin Nasir - DOST Cəmil - ƏZİZ DOSTUM Bir gün Səməd Vurğun Rəsul Həmzətovla görüşmək üçün Dağıstana yola düşür. Lakin ğunun qonaq olduğu məclisdə onun xətrinə dəyirlər. Şair də dostundan inciyib, geri qayıdır. R.Həmzətov uzun müddət ğundan xəbər ala bilmir və nəhayət dostunun ondan küsdüyünü anlayır. Şairdən üzr istəmək üçün Bakıya yollanır. Fəqət taleh onları görüşdürmür. Çünki o zaman Səməd Vurğun ölüm yatağında idi. 1956-cı il mayın 27-də ölümsüz şair əbədiyyətə qovuşur. Bu əbədi ayrılığın kədəri Rəsul Həmzətova “Əziz dost” mahnısının sözlərini yazdırır. Şeiri Azərbaycan dilinə şair Tofiq Bayram tərcümə edir. Mahnıya Qulu Əsgərov musiqi bəstələyir, lentə yazdırmasa da “Əziz dostum”un ilk ifaçısı özü olur. O dövrdən bu günə sevilən sənətkarlar repertuarlarında iki dostun ayrılıq nəğməsinə yer verirlər.
Back to Top