Ukrayna silahlı qüvvələrinin zabiti Baku TV -yə danışdı

Ukrayna silahlı qüvvələrinin zabiti Baku TV -yə danışdı Ukraynanın Donbas bölgəsində bütün cəbhə boyu əsasən ağır artilleriyadan, “Qrad” çoxmənzilli raket sistemindən istifadə olunmaqla gün ərzində şiddətli döyüşlər davam edib. Bu barədə Baku TV-nin Şərqi Avropa bürosuna Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Bildirilib ki, bu gün səhər saatlarından etibarən Luqansk və Donetsk vilayətləri Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən 25 dəfə ağır artilleriya atəşinə məruz qalıb. Məlumata görə, son 24 saatda Luqanskın “Sçastye”, Donetskin isə “Volnovayskiy” rayonu istiqamətində daha 2 Ukrayna hərbçisi həlak olub. Hazırda Donbasdakı döyüşlərdə iştirak edən Ukrayna Silahlı Qüvvələrinin zabiti, hərbi ekspert Yuri Koçevenko bildirib ki, Donetskdə vəziyyət gərgin olaraq qalır, mülki əhali intensiv şəkildə atəşə tutulmaqda davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının ictimaiyyətlə əlaqələr idarəsindən həmçinin bildirilib ki, ümumili
Back to Top