Moskva günahı separatçıların üstünə atır - BAKU TV

Moskva günahı separatçıların üstünə atır - BAKU TV Sosial şəbəkələrimiz Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Makeyevka şəhərində yüzlərlə hərbçinin məhv edilməsində günahı “Donetsk Xalq Respublikası” separatçılarının və səfərbər edilmiş qüvvələrin üzərinə atmağa çalışır. Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Yanvarın 1-də Ukrayna Silahlı Qüvvələri işğal altındakı Makeyevkada dəqiq zərbə sayəsində 400-ə yaxın rus hərbçisini məhv edib, 300-ə yaxını isə yaralanıb. Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Makeyevkada bir qrup rus hərbçisini məhv etdiyini təsdiqləsə də, itkilərin Ukrayna tərəfinin elan etdiyindən xeyli az olduğunu bildirib. Onlar çox güman ki, zəif əməliyyat təhlükəsizliyinə görə günahı “Donetsk Xalq Respublikası” rəsmilərinin üzərinə atmağa çalışır. Separatçılar isə Rusiya dövlət telekanallarına bildiriblər ki, zərbə Rusiya hərbçilərinin şəxsi mobil telefonlarından istifadə edərək əməliyyat təhlükəsizliyini pozmasına görə baş verib“, - deyə məlumatda bildirilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə cəbhədəki son vəziyyəti açıqlayıb. Məlumatda Rusiya qoşunlarının Baxmut istiqamətində irəliləməyə çalışması qeyd olunub. Bildirilib ki, Avdeevka və Liman bölgələrində Rusiya ordusu taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır. “Rusiya hərbçilərinin Luqansk və Donetsk vilayətlərinin 13 yaşayış məntəqəsinə hücumları dəf edilib. Gün ərzində Rusiya qoşunları Ukraynaya 6 raket və 52 hava zərbəsi endirib. Bütün raketlər və 30 digər hava zərbələrində mülki infrastruktur hədəf alınıb. Rusiya ordusu havaya 27 zərbə dronu buraxıb. Onların hamısı zərərsizləşdirilib“, - deyə məlumatda bildirilir. © 2022 © All Rights Reserved ℗ Baku TV Moskva günahı separatçıların üstünə atır #moskva #ermenistan #rusiya
Back to Top