Hərbi pilotlar döyüş manevrləri etdilər - Baku TV

Hərbi pilotlar döyüş manevrləri etdilər - Baku TV Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Back to Top