Hərbi pilotlar döyüş manevrləri etdilər - Baku TV

Hərbi pilotlar döyüş manevrləri etdilər - Baku TV Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub. Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə, hava kəşfiyyatı da həyata keçiriblər. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək, təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barə
Back to Top