Hərbi Hava Qüvvələrində təlimlər keçirilib

Hərbi Hava Qüvvələrində təlimlər keçirilib Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib. Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib. Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunub. ____ Состоялись учения ВВС В соответствии с утвержденным Министром обороны планом боевой подготовки на 2022 год боевые самолеты ВВС выполнили учебные полеты. На учениях были отработаны взлет и посадка, а также сложные пилотажные маневры на малых и средних высотах. Пилоты успешно выполнили задачи по определению координат наземных целей условного противника и проведению воздушной разведки.
Back to Top