Hərbi Hava Qüvvələrində təlimlər keçirilib

Hərbi Hava Qüvvələrində təlimlər keçirilib Döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) təlim uçuşları keçirilib. Senariyə əsasən MiQ-29 tipli təyyarələrlə kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib. Təlimlər zamanı pilotlar tərəfindən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla onun yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və hava döyüşlərinin aparılması üzrə tapşırıqlar məşq olunub. Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. ____ Состоялись учения ВВС В соответствии с планом боевой подготовки были проведены учебные полеты авиационных средств ВВС. Согласно сценарию самолеты МиГ-29 выполнили задачи по сложному пилотажу и боевым маневрам на малых и средних высотах. В ходе учений пилоты отработали задачи по определению координат наземных целей условного противника, уклонению от средств ПВО
Back to Top