Şövkət Ələkbərova — Alagöz (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.3” albomundan “Alagöz“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Cahangir Cahangirov Söz: Zeynal Cabbarzadə Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Muğam] Sənin gətirdiyin bir dəstə çiçək Sənin gətirdiyin bir dəstə çiçək Saralıb-solubdur, ata bilmirəm Gecəli-gündüzlü bu həsrət ürək Elə kövrəlir ki, yata bilmirəm Doğrusu... Doğrusu, yorubdur məni bu halım Dərdlərin əlindən bəs harda qalım? Elə bil qanadlı quşdur xəyalım Əl edib mən onu tuta bilmirəm Tuta bilmirəm Deyirlər, yollarda vüsal görünür Deyir... Deyirlər, yollarda vüsal görünür O, kimin eşqi ilə elə sürünür? Mənimçün küləyə, şimşəyə dönür Qaçıram ardınca, çata bilmirəm Çata bilmirəm, ey [Bənd 1] Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır Gözəl, məndən üz döndərmə, amandır Gözəl, məndən üz döndərmə, amandır [Nəqərat] Həsrətinlə hər zaman, həsrətinlə hər zaman Gözüm qaldı bu yollarda, ay alagöz Gözüm qaldı bu yollarda, ay alagöz [Bənd 2] Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır Gözəl, məndən üz döndərmə, amandır Ay qız, məndən üz döndərmə, amandır [Nəqərat] Həsrətinlə hər zaman, həsrətinlə hər zaman Gözüm qaldı bu yollarda, ay alagöz Gözüm qaldı bu yollarda, ay alagöz Alagöz, alagöz, alagöz Gözüm qaldı bu yollarda, alagözlüm Şövkət Ələkbərova tərəfindən ifa olunan “Alagöz” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #Alagöz #mikpro
Back to Top