Ukrayna hərbçilərinin formasını geyinən ruslar məhv edildi - BAKU TV

Ukrayna hərbçilərinin formasını geyinən ruslar məhv edildi - BAKU TV Ukrayna - Rusiya münaqişəsinin son xəbərləri: Ukraynanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Rusiyanın diversiya-kəşfiyyat qrupları artıq Kiyevin Obolon rayonuna daxil olublar. Nazirlik şəhər sakinlərinə müraciət edərək yandırıcı kokteyllər hazırlamağa, düşmən diversantları ilə qarşılaşdıqları halda onları məhv etməyə çağırıb. “Obolon rayonunda düşmənin diversiya-kəşfiyyat qrupları var. Vətəndaşlardan xahiş edirik ki, texnikanın şübhəli hərəkəti barədə dərhal məlumat versinlər. “Molotov kokteyl“ləri hazırlayın ki, işğalçını zərərsizləşdirəsiniz. Dinc sakinlər, ehtiyatlı olun, evlərinizi tərk etməyin!”, - deyə müraciətdə bildirilir. Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar bildirib ki, Rusiya Ordusunun hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi yük maşınını və əsgərlərin formalarını ələ keçirərək, onların libasında şəhərə gizli hücum təşkil ediblər. Hostomel şəhərindən paytaxt Kiyevə doğru hərə
Back to Top