Ukraynalı Qarabağ şəhidinin Ailəsi Xarkovdan necə xi̇las edildi?

Onun adı 1-ci Qarabağ müharibəsi illərindən tanışdır. Qəhrəmanlığı yalnız doğma torpaqlarımız uğrunda vuruşması və ya ermənilərin dəfələrlə vurduğu vertolyotla yeni uçuşlar həyata keçirməsi ilə bitmir. Ukrayna əsilli Viktor Seryogin, həmçinin dinc əhalinin döyüş bölgəsindən çıxarılması üçün böyük fədakarlıqlar göstərmişdi. Elə şəhidlik zirvəsinə də insanların həyatını xilas edərkən ucalmışdı. Qismətə bax ki, o dinc sakinlərin taleyini illər sonra Viktordan yadigar qalan ailəsi də yaşamalı oldu. Bu dəfə müharibənin ünvanı Ukrayna idi. Bombaların altında qalan ailə Azərbaycan Prezidentinin tapşırığı ilə Xarkovdan təxliyə edilərək Bakıya gətirildi. Əməkdaşımız Xuraman Əzizova savaşın ağrı-acısımı iki dəfə yaşayan bu ailə ilə görüşüb və Ukrayna müharibəsinin dəhşətlərini onların dilindən eşidib. #İTV #İTVXəbərYekun #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top