Erməni ailə Şuşaya keçmək istədi - Baku TV

Erməni ailə Şuşaya keçmək istədi - Baku TV Erməni qadın 4 uşağı ilə birlikdə Şuşaya keçmək istəyib. Ermənistanda sosial vəziyyətin aşağı olmasından şikayətlənən 32 yaşlı İzaura Balasyan övladları ilə birlikdə rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri Azərbaycan ərazilərindən Şuşaya keçmək istəyib, amma sərhədçilər ana və uşaqlarını geri qaytarıblar. Məlumatda qeyd olunub ki, qadın sosial problemlərinin gündən-günə pisləşdiyini, yaşayış yeri olmadığından Şuşaya geri dönmək istədiyini deyib. İzaura Balasyanın sözlərinə görə, rus sülhməramlıları ona “Azərbaycan ərazisinə girmə, ayıbdır, sənin bu hərəkətin ermənilərin adına zərər gətirəcək” deyiblər. 44 günlük müharibə zamanı qadın qohumları ilə birlikdə Ermənistana gedib orada yaşamaq istədiyini deyib, lakin kirayə pulu yüksək olduğundan İzaura yenidən Qarabağa geri dönmək məcburiyyətində qalıb. O, mənzillə təmin olunması üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, ona cavab verən olmayıb. Politoloq Elxan Şahinoğlu bildirib ki, müharibə
Back to Top