İrəvana köçən ermənilər Ermənistanı tərk edəcək - BAKU TV

İrəvana köçən ermənilər Ermənistanı tərk edəcək - BAKU TV İkinci Qarabağ müharibəsindən sonra Qarabağdan Ermənistana köçən ermənilər İrəvanın Respublika meydanında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları ipoteka ilə daşınmaz əmlak alarkən və ya fərdi yaşayış binasını tikərkən Ermənistanın dövlət dəstəyini səmərəsiz hesab etdiklərini bildiriblər. Etirazçılardan biri deyib ki, sözügedən proqram 3 min ailə üçün nəzərdə tutulub. Ermənistanda isə Qarabağı tərk etmiş 21 min erməni yaşayır. Aksiyanın digər iştirakçısı isə qeyd edib ki, 160 ABŞ dollarına yaxın pulu çətinliklə yığıb, ev kirayələyir. Hətta kommunal ödənişlərə pulu çatmır. “Belə şəraitdə ipoteka haqqında necə düşünmək olar”, - deyə etirazçılar hökumətə səslənib. Bundan başqa, bu şəxslərə qaçqın statusu verilməyib. Halbuki, ipoteka proqramının müştərisinə çevrilmək üçün rəsmi sənəd tələb olunur. Narazı kütlə bu statusun dəqiqləşdirilməsini tələb edir. “Biz hələ ki dözürük, etiraz aksiyaları keçiririk ki, hakimiyyət bizi xatırlasın və problemlə
Back to Top