Zəngəzur dəhlizində qatar hərəkətə başladı - BAKU TV

Zəngəzur dəhlizində qatar hərəkətə başladı - BAKU TV Qarabağın işğaldan azad edilməsindən sonra ilk dəfə Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarlar hərəkətə başlayıb. Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb. İşğaldan azad edilən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 km-lik məsafədə relslər qoyulub və yolun sazlanması işlərinə başlanılıb. Bununla da Füzulinin Horadiz stansiyasından Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarların hərəkəti üçün zəruri şərait yaradılıb. Layihələndirmə və tikinti işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir. Hazırda 60 km-dən çox ərazi minalardan təmizlənib. 50 km-lik hissədə layihələndirmə işləri yekunlaşıb. Keçən ilin dekabrından ikinci mərhələ üzrə torpaq işlərinə başlanılıb. Hazırda Mahmudlu stansiyasından Qumlaq stansiyasına qədər olan 30 km-lik ərazidə yolun torpaq yatağının hazırlanması üzrə intensiv işlər ap
Back to Top