Ukrayna uğrunda həlak olan azərbaycanlılar - Baku TV

Ukrayna uğrunda həlak olan azərbaycanlılar - Baku TV 2014-cü ildən bu günə kimi milliyyətcə azərbaycanlı olan 4 Ukrayna vətəndaşı bu ölkənin ərazi bütövlüyü uğrunda həlak olub. Ukraynanın suverenliyi uğrunda canından keçənlərin şərəfinə paytaxt Kiyevdə salınan parkda Azərbaycan və azərbaycanlıların da adı əbədiləşdirilib. Əslən Şəki şəhərindən olan və 20 ildən çox burada yaşayan Ukrayna vətəndaşı Vidadi İsrafilov da 7 ildən çoxdur Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşənlər sırasındadır. Soydaşımız Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı bölüyündə ölkənin şərqində separatçılara qarşı keçirilən döyüşlərdə fəallığına görə müxtəlif orden və medallarla da təltif olunub. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığından Baku TV-nin Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ildən bu günə qədər rəsmi olaraq milliyyətcə 4 azərbaycanlı Ukrayna vətəndaşının qəhrəmancasına həlak olması qeydə alınıb. Bunlar − əsgərlər Yolçu Əliyev və Fariz İbrahimov, çavuş Sahib Atakişiyev və kapitan İ
Back to Top