Hadrutda zirzəmidə ermənilərin taladığı qəbir daşları aşkarlandı - BAKU TV

Hadrutda zirzəmidə ermənilərin taladığı qəbir daşları aşkarlandı- BAKU TV Torpaqlarımız işğaldan azad olunduqdan sonra bütün dünya erməni vandallığının, vəhşiliyinin bir daha əyani şahidi oldu. Yaşayış evlərini, inzibati binaları yerlə-yeksan etməklə ürəyi soyumayan, insan sözünün yaraşmadığı bu varlıqlar dünyasını dəyişənlərə belə rahatlıq verməmiş, uyuduqları məzarlıqları viran qoymuş, sümüklərini ətrafa səpələməkdən belə çəkinməmişlər. Ermənilər məzarlıqlarda olan mərmər baş və sinə daşlarını söküb daşıyıb, vəfat edənlərin sümüklərini qəbirdən çıxararaq qızıl dişlərinə qədər tamah salıblar. Elə işğaldan azad olunan Hadrutda da eyni əməllərin şahidi oluruq. Qəsəbə düşmən tapdağı altında olan zaman ermənilər azərbaycanlıların qəbir daşlarını sökərək, bəzilərini zirzəmilərə yığıblar. Hadrut əməliyyatı zamanı Azərbaycan Ordusunun qəfil hücumu nəticəsində ermənilər taladıqları qəbir daşlarını apara bilməyib. Kadrlardan da bu vəhşiliyin dünya miqyasında nümunəsinin olmadığı bir daha görünür.
Back to Top