Hadrutda dağıdılmış qəbirlərin sahiblərinin yaxını danışdı - BAKU TV Eksklüziv açıqlama

Hadrutda dağıdılmış qəbirlərin sahiblərinin yaxını danışdı - BAKU TV Eksklüziv açıqlama Bir müddət əvvəl ermənilərin Hadrutu işğal etdikdən sonra azərbaycanlıların qəbir daşlarını sökdüyü görüntülər sosial şəbəkələrdə yayılmışdı. Cəbrayıl işğalda olan zaman Hadrutda yaşayan ermənilər burada olan qəbir daşlarını sökərək məzarları dağıdıblar. Qəbir daşlarının bəzilərini zirzəmilərə yığıb, bəzilərini isə satmaq məqsədilə istifadə etmişdilər. Həmsöhbətimiz Həcər Haqverdiyevanın 3 yaxını - anası, atası və gəlinlərinin məzarı məhz həmin dağıdılmış qəbirdaşlarının arasında olub. Həcər xanımın təkcə valideynlərinin qəbri deyil, eyni zamanda qardaşının yoldaşı və əmisinin məzar daşı dağıdılaraq məhv edilib. Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan Ordusu Hadrutu işğaldan azad etdikdən sonra qəbir daşlarından bəziləri  zirzəmidə tapılıb. Pulsuz Elanlar: Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəali
Back to Top