ABŞ-dan Azərbaycana təbrik - BAKU TV

ABŞ-dan Azərbaycana təbrik - BAKU TV Aktual xəbərlərimiz ABŞ-nin Azərbaycandakı səfirliyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. Təbrik mesajında bildirilib ki, ABŞ Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiqdir. “Bu il biz ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 31 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik“, - deyə təbrikdə qeyd olunub. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz ABŞ-dan Azərbaycana təbrik © 2022 © All Rights Reserved ℗ Baku TV #ABŞ #tebrik #18oktyabr
Back to Top