Ermənilərin 30 illik yalanı - BAKU TV

Ermənilərin 30 illik yalanı - BAKU TV Aktual xəbərlərimiz Nikol Paşinyanın Qarabağ məsələsinə digərlərindən daha konstruktiv yanaşması bir müddətdir müxalifətin ona qarşı mitinqlər başlatmasına səbəb olmuşdu. Sadə ermənilərin fəlakətinə yol açan düşüncəyə sahib bir qrup, daha dəqiq desək, Koçaryan-Sarkisyan cütlüyü Baş naziri satqınlıqda ittiham edirdi. Lakin Paşinyan ötən gün parlamentdə çıxışı zamanı bütün reallıqları etiraf edərək, bu cütlüyü ifşa etdi. Bildirdi ki, Azərbaycanın benəlxalq hüquq çərçivəsində tanınan sərhədlərini vaxtı ilə Koçaryan və Sarkisyan da təsdiqləyib, Qarabağın Azərbaycana məxsus olması reallığını inkar etməyiblər. Mövcud reallıq isə ondan ibarətdir ki, Paşinyan Qarabağ məsələsini daha da uzadaraq, heç bir nəticə əldə edə bilməyəcəyini anlayıb. Onsuz da həm tarixi faktlar, həm də beynəlxalq aləm Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi olaraq qəbul edib. Artıq ermənilər də bunu anlamalıdırlar. Elə Ermənistanın Baş naziri də bunun üçün əməli fəaliyyətə başlayıb. Sosial şəbəkələrimiz ©2021 - 2022 © All Rights Reserved ℗ Baku TV #bakutv #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top