Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır

Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən infrastruktura baxış keçirib. Bildirilib ki, müasir tələblər nəzərə alınmaqla inşa olunan infrastrukturda şəxsi heyətin bütün zəruri ehtiyacları tam qarşılanıb. Burada qərargah binası, yataqxana, hamam-sanitar qovşağı, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, qazanxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları mövcuddur. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan y
Back to Top