Prezident Qarabağda bir sıra obyektlərin açılışında iştirak edib

Prezident Qarabağda bir sıra obyektlərin açılışında iştirak edib Prezident İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub. Daha sonra Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinə gələn ölkə başçısına burada görülən işlər barədə məlumat verilib. Prezident İlham Əliyev həmçinin əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında da iştirak edib. Səfər şərçivəsində dövlət başçısı eyni zamanda Xankəndi Konqres Mərkəzinin təməlini qoyub və əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılış tədbirinə qatılıb. Qarabağda səfərini davam etdirən Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin, Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında olub. Görülən işlərin nəticələri ilə tanış olan ölkə başçısı Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı, həmçinin Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Prezident Qarabağda bir sıra obyektlərin açılışında iştirak edib 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #prezident #ilhaməliyev #qarabağ #obyekt #açılış #səfər #qarabağasəfər #xocalı #dövlətbaşçısı #prezidentqarabağda
Back to Top