Şövkət Ələkbərova — Yenə O Bağ Olaydı (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.4” albomundan “Yenə O Bağ Olaydı“ ifası artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Hacı Xanməmmədov Söz: Mikayıl Müşfiq Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1] Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz Biz də muradımızca fələkdən kam alaydıq Sizə qonşu olaydıq, sizə qonşu olaydıq Yenə o bağ olaydı, səni tez-tez görəydim Qələmə söz verəydim Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham Yazaydım səhər-axşam Yazaydım səhər-axşam Yazaydım səhər-axşam Yazaydım səhər-axşam [Nəqərat] Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi? Söylə, ürəyincəmi? Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi? Söylə, ürəyincəmi?... Yenə də bir vuraydı qəlbimiz gizli-gizli Sən, ey əsmər bənizli Sən, ey əsmər bənizli Sən, ey əsmər bənizli Sən, ey əsmər bənizli [Bənd 2] Yenə o bağ olaydı, yenə sizə gələydik Danışaydıq, güləydik Ürkək baxışlarınla ruhumu dindirəydin Məni sevindirəydin Məni sevindirəydin Gizli söhbət açaydıq ruhun ehtiyacından Qardaşından, bacından Çəkinərək çox zaman söhbəti dəyişəydin Mənimlə əyişəydin Mənimlə əyişəydin Mənimlə əyişəydin Mənimlə əyişəydin [Nəqərat] Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi? Söylə, ürəyincəmi? Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi? Söylə, ürəyincəmi? Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli Sən, ey əsmər bənizli Sən, ey əsmər bənizli Sən, ey əsmər bənizli Sən, ey əsmər bənizli [Çıxış] Yenə o bağ olaydı... Şövkət Ələkbərova tərəfindən ifa olunan “Yenə O Bağ Olaydı” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #YenəOBağOlaydı #mikpro
Back to Top