Ermənistan Nazirlər Kabinetinin qərarları ilə törədilən cinayətlər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Ermənistan Nazirlər Kabinetinin qərarları ilə törədilən cinayətlər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu olub. O, Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin tarixindən söhbət açıb. Bildirib ki, o dövrlərdə bu coğrafiyada ermənilərin yaşayışını, mədəniyyətini əks etdirəcək hər hansı toponimə, tarixi-mədəni abidəyə rast gəlmək mümkün deyildi. F.Ağasıoğlu qeyd edib ki, ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımı və deportasiya siyasətinin davamı olaraq Qərbi Azərbaycanda milli-mədəni abidələrimizə, toponimlərimizə yönəlik soyqırımı cinayətləri də törədilib. Onun sözlərinə görə, tarixi torpaqlarımızda Ermənistan adlı dövlət yaradıldıqdan sonra dini-mədəni, tarixi abidələrimizin ermənilər tərəfindən özününküləşdirilməsi, bizə məxsus izlərin silinməsi cəhdləri artıb: “Ermənilərin Anadoluya, Cənubi Qafqaza gəlmə tarixi bəllidir. Türklər Cənubi Qafqazın aborigen əhalisidir. Ermənilər isə bu coğrafiyaya zaman-zaman köçürülüblər. Hətta onlar öz aralarında bir-birinə erməni deyil, hay deyirlər. Tarixdən bizə məlum olan, ermənilərə heç bir aidiyyəti olmayan Ərməniyyə ərazisinə haylar sahib çıxmaq üçün müxtəlif tarixlər uydururlar. Misal üçün, hayların uydurma tarixinə görə, onların özlərinə ilk hökmdar və dövlət başçısı hesab etdikləri Artaş – Ərtaş erməni deyil, türk olub. O, Selevki dövləti dağılandan sonra özünü müstəqil elan etmiş Ərməniyyənin dövlət başçısı idi. Bunu adıçəkilən hökmdarın vaxtilə öz ərazisinin sərhədlərində basdırdığı sınır daşları, onun üzərindəki qədim yazılar bir daha təsdiqləyir. Bu daşlar 1906 və 1932-ci illərdə tapılıb. Onların üzərində aramey əlifbası ilə 2200 illik bir tarix öz əksini tapır”. Abunə ol ☛ ❂❂❂❂❂ Ermənistan Nazirlər Kabinetinin qərarları ilə törədilən cinayətlər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI ❂❂❂❂❂ ❂❂❂❂❂ 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #QərbiAzərbaycanXronikası #Ermənistan #Türkhökümdarı #Ermənilər #ermənistannazirlərkabineti #cinayət #trend #sondəqiqə #keşfet #sondeqiqe #sonxeberler #gündəm #sonxəbərlər
Back to Top