Azərbaycan və Türkiyə müdafiə nazirləri bir araya gəldi - BAKU TV

Azərbaycan və Türkiyə müdafiə nazirləri bir araya gəldi - BAKU TV Azərbaycan müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Səhər saatlarında Ankaraya gələn Zakir Həsənov ilk növbədə “Anıtqəbir”i ziyarət edib. Ziyarət çərçivəsində Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyulub. Azərbaycan müdafiə naziri “Misak-i Milli Kulesi”ndə “Anıtqəbir özəl dəftəri”nə ürək sözlərini yazıb. “Atatürkün xatirəsini hər zaman qəlbimizdə anırıq. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı”, - deyə Zakir Həsənov qeyd edib. Daha sonra Türkiyə və Azərbaycanın müdafiə nazirləri arasında görüş başlayıb. Nazirlər görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələləri müzakirə edib. Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir. Nazirlərin görüşündə həmçinin Moskvada əldə olunan razılaşmaların Hulusi Akar tərəfindən azərbaycanlı həmkarına çatdırılması gözlənilir. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NET
Back to Top