Qazaxıstanda silahlı ermənilər saxlanıldı - Baku TV

Qazaxıstanda silahlı ermənilər saxlanıldı - Baku TV Ermənilər Qazaxıstanda baş verən iğtişaşlardan istifadə edərək oğurluqla məşğuldurlar. Bunu Qazaxıstan mediasının yaydığı xəbər sübut edir. Belə ki, gecə saatlarında Novouralsk şəhərinin Podstepnoe kəndi yaxınlığındakı keçid məntəqəsində polis əməkdaşları erməni nömrəli “Toyota” markalı avtomobili saxlayıblar. Maşının salonunda üç kişi və uşaqlı qadın olub. Sürücünün baqajı açmaqdan imtina etməsi polisi şübhələndirib. Şəxsi axtarış zamanı sərnişinlərdən birinin üzərindən bıçaq aşkar edilib. Saxlanılan şəxslər ən yaxın polis bölməsinə aparılıb. Lakin sürücü qaçmağa cəhd edib. Ancaq onu saxlayıblar. Avtomobilə baxış zamanı isə 1 ədəd gözyaşardıcı qumbara, 12 kalibrli hamar lüləli silahın patronu, 50-dən çox mobil telefon, həmçinin 6 ədəd planşet aşkar edilib. *************** Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı kimi fəaliyyətə başlayıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində g
Back to Top