KTMT-nin sülhməramlıları Qazaxıstanda - Baku TV

KTMT-nin sülhməramlıları Qazaxıstanda - Baku TV Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi kontingenti Qazaxıstanda fəaliyyətinin icrasına başladı. Qurumun yaydığı məlumatda bildirilir ki, yanvarın 6-da qəbul edilmiş qərara uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normal məcraya yönəlmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Məlumatda bildirilir ki, sülhməramlı kontingentin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstanın silahlı qüvvələrinin bölmələri daxildir. Kollektiv Sülhməramlı Qüvvələrinin əsas vəzifələri mühüm dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşdirilməsi və hüquqi müstəviyə qaytarılmasında Qazaxıstan Respublikasının hüquq-mühafizə qüvvələrinə köməklik göstərməkdir. Rusiya Federasiyasından Kollektiv Sülhməramlı Qüvvələrinin tərkibinə Hava Desant Qüvvələrinin bölmələri və hərbi hissələri daxil edilib. *************** Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı
Back to Top