Şövkət Ələkbərova və Xan Şuşinski — Qızılgül (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.1” albomundan Xan Şuşinskinin iştirakıyla “Qızılgül“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Soltan Hacıbəyov Söz: Məhərrəm Əlizadə Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1: Xan Şuşinski] Keçən il gördüm səni Heyran eylədin məni Gözəl qız, al geyinib Gəl, ol anam gəlini O nə xaldır yanağında? O nə xaldır yanağında, yanağında, yanağında ay? Öldürmə, qız, məni Sevirəm səni Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar Mən necə sevdim, necə sevdim, necə sevdim, yar [Bənd 2: Şövkət Ələkbərova] Bilirəm ki, sevirsən Keçən ildən məni sən Lakin, mən sevməyirəm Onu da bilməlisən Bilməlisən, bilməlisən, hey [Nəqərat: Xan Şuşinski, Şövkət Ələkbərova] Qızların adətidir Sevdiyi oğlana naz eylər Nə qədər naz eyləsə Oğlan aldadıb, yoldan eylər Sevgiyə naz nə gərəkdir? Sevgisiz naz ola bilməz Sevgiyə naz nə gərəkdir? Sevgisiz naz ola bilməz [Bənd 3: Xan Şuşinski] Yenə könlümün quşu Uçdu yar budağına Səni görcək nəzərim Düşdü ağ buxağına O nə xaldır yanağında? O nə xaldır yanağında, yanağında, yanağında ay? Öldürmə, qız, məni Sevirəm səni Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar Mən necə sevdim, necə sevdim, necə sevdim, yar [Bənd 4: Şövkət Ələkbərova] Bilirəm ki, sevirsən Keçən ildən məni sən Lakin, mən nişanlıyam Əlini üzməlisən Üzməlisən, üzməlisən, hey [Nəqərat: Şövkət Ələkbərova, Xan Şuşinski] Qızların adətidir Sevdiyi oğlana naz eylər Nə qədər naz eyləsə Oğlan aldadıb, yoldan eylər Sevgiyə naz nə gərəkdir? Sevgisiz naz ola bilməz Sevgiyə naz nə gərəkdir? Sevgisiz naz ola bilməz Şövkət Ələkbərova tərəfindən ifa olunan “Qızılgül” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #Qızılgül #mikpro
Back to Top