Şövkət Ələkbərova — Sarıköynək (Rəsmi Audio)
Şövkət Ələkbərovanın “İfalar, Vol.4” albomundan “Sarıköynək“ ifası artıq onlayndır.
Şövkət Ələkbərovaya YouTube-da abunə ol:
Musiqi: Hacı Xanməmmədov
Söz: Aşıq Ələsgər
Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
Keçid:
Genius:
Sözlər:
[Bənd 1]
Cilvələnib nə qarşımda durubsan?
Anam sənə qurban, ay Sarıköynək!
Cilvələnib nə qarşımda durubsan?
Anam sənə qurban, ay Sarıköynək!
Mələksən, çıxıbsan cənnət bağından
Heç kəs olmaz sənə tay, ay Sarıköynək!
Mələksən, çıxıbsan cənnət bağından
Heç kəs olmaz sənə tay, ay Sarıköynək!
Sarıköynək, Sarıköynək, Sarıköynək
Heç kəs olmaz sənə tay, ay Sarıköynək!
Sarıköynək, Sarıköynək, Sarıköynək
Heç kəs olmaz sənə tay, ay Sarıköynək!
[Bənd 2]
Doymaq olmur işvəsindən, nazından
Fərə kəklik kimi xoş avazından
Doymaq olmur işvəsindən, nazından
Fərə kəklik kimi xoş avazından
Yel vurub ürbəndi atdı üzündən
Elə bildim doğub ay, ay Sarıköynək!
Yel vurub ürbəndi atdı üzündən,
Elə bildim doğub ay, ay Sarıköynək!
Sarıköynək, Sarıköynək, Sarıköynək
Elə bildim doğub ay, ay Sarıköynək!
Sarıköynək, Sarıköynək, Sarıköynək
Elə bildim doğub ay, ay Sarıköynək!
[Bənd 3]
Tuti dilli, sərvi boylu salatın!
Budur mərhəməti bu səltənətin
Tuti dilli, sərvi boylu salatın!
Budur mərhəməti bu səltənətin
Göndər gəlsin Ələsgərin xələtin,
Eyləmə əməyi zay, ay Sarıköynək!
Göndər gəlsin Ələsgərin xələtin
Eyləmə əməyi zay, ay Sarıköynək!
Sarıköynək, Sarıköynək, Sarıköynək
Eyləmə əməyi zay, ay Sarıköynək!
Sarıköynək, Sarıköynək, Sarıköynək
Eyləmə əməyi zay, ay Sarıköynək!
Ay Sarıköynək, ay Sarıköynək…
Şövkət Ələkbərova tərəfindən ifa olunan “Sarıköynək” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022
Etiketlər:
#ŞövkətƏləkbərova #Sarıköynək #mikpro