Azad olunmuş ərazilərimizdə ümumqoşun atış sahəsinin açılışı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə yeni inşa olunmuş təlim mərkəzinin açılışında iştirak edib. Müdafiə nazirinə məruzə olunub ki, mərkəzdə təlimlərə cəlb ediləcək şəxsi heyətin, təlim-döyüş texnikasının yerləşməsi və fəaliyyəti üçün bütün lazımi infrastruktur qurulub. Xüsusi olaraq modelləşdirilmiş təlim mərkəzi real döyüş şəraitinə uyğunlaşdırılaraq inşa edilib. Burada müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üçün məşğələlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, təlim mərkəzində minaatan, qumbaraatan, atıcı və digər silahlardan atış çalışmalarının yerinə yetirilməsi, döyüş tapşırıqlarının icra edilməsi üzrə mövzuların tədrisi və praktiki məşq etdirilməsi üçün lazımi şərait yaradılıb. Qeyd edilib ki, hərbi qulluqçuların döyüş hazırlığının daha da artırılması və peşakarlıq səviyyəsinin yüksəldilməsi mə
Back to Top