Şövkət Ələkbərova — Toxunma Qız Ürəyinə (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.2” albomundan “Toxunma Qız Ürəyinə“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Oqtay Rəcəbov Söz: Famil Mehdiyev Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1] Toxunma qız ürəyinə Tez kövrəlib sına bilər Bəzən soyuq bir baxışdan Qız ürəyi dona bilər Qız ürəyi quş yuvası Əl vursan, quşlar hürküşər Pozular göydə sırası Durnalar da ayrı düşər [Nəqərat] Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar [Bənd 2] Toxunma qız ürəyinə Eşidər qızlar, inciyər Yerdə bulaqlar inciyər Göydə ulduzlar inciyər Küsdürmə qız ürəyini Küsər səndən öz ürəyin Günahından, taqsırından Heç zaman keçməz ürəyin [Nəqərat] Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar Şövkət Ələkbərova tərəfindən ifa olunan “Toxunma Qız Ürəyinə” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #ToxunmaQızÜrəyinə #mikpro
Back to Top