Ukrayna Rusiyanın ərazilərini PUA atəşinə tutdu | Uçuşlar təcili ləğv edildi

Ukrayna Rusiyanın ərazilərini PUA atəşinə tutdu | Uçuşlar təcili ləğv edildi Sentyabrın 10-na keçən gecə Rusiyanın paytaxtı da daxil olmaqla, ölkənin bir sıra bölgələrinə PUA hücumu olub. Ukraynanın Moskva vilayətinə hücum cəhdi zamanı azı 14 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Məlumata əsasən, Ramenskoye şəhərində PUA hücumu zamanı 46 yaşlı qadın həlak olub. Daha bir neçə nəfər isə yaralanıb. Onların dəqiq sayı açıqlanmır. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, hücum nəticəsində Ramenskoye şəhərindəki yaşayış binalarına ziyan dəyib. Lyublino rayonunda isə yaşayış binasının 11 və 12-ci mərtəbələrindəki mənzillər yanıb. Qeyd edək ki, Ukraynanın Rusiyanın şəhərlərinə dron hücumları səbəbindən Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar təxirə salınıb və ya ləğv edilib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Ukrayna Rusiyanın ərazilərini PUA atəşinə tutdu | Uçuşlar təcili ləğv edildi 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #ukrayna #rusiya #pua #hücum #müharibə #havahücumu #puahücumu #moskva #ukraynarusiya #ukraynarusiyamüharibəsi
Back to Top