Bakının azad edilməsindən 103 il ötür - Baku TV

Bakının azad edilməsindən 103 il ötür - Baku TV Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. 1918-ci ilin 25 mayında Gəncəyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə ordunu döyüşə hazırlamağa başlayır. Azərbaycanda bütün cəbhələrdə şiddətli döyüşlər başlayır, daşnak-bolşevik qüvvələri ard-arda məğlubiyyətlə üzləşir. Nəhayət, 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulur. Sentyabrın 15-də Bakı işğalçılardan azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülü
Back to Top