Məğlub Ermənistan: Əsgərlərin valideynləri ayağa qalxdı - Baku TV

Məğlub Ermənistan: Əsgərlərin valideynləri ayağa qalxdı - Baku TV Sentyabrın 21-i Ermənistan müstəqillik gününü təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Bunun üçün dövlət büdcəsindən 2 milyon dollar məbləğində pul ayrılıb. Müharibə zamanı həlak olan hərbçilərin valideynləri isə Ermənistan rəhbərliyinin bu qərarına etiraz edirlər. Azərbaycanın qalib çıxdığı 44 günlük müharibədən sonra həm işsizlikdən əziyyət çəkən vətəndaşlar, həm də döyüşlər zamanı övladlarını və yaxınlarını itirən insanlar sosial şəbəkələrdə aksiya keçirərək Ermənistan hökumətinin planlaşdırdığı tədbiri ləğv etməyi tələb edirlər. Hakimiyyət isə onların etirazına məhəl qoymadan şəhərin mərkəzində bayramın qeyd olunması üçün hazırlıqlara başlamaqla bağlı tapşırıqlar verib. Müharibədə vəfat edən əsgərlərin valideynləri sosial şəbəkələrin erməni seqmentində paylaşımlar edərək bildiriblər ki, hər hansı bir bayramın keçirilməsinin, atəşfəşanlığın olmasının qəti əleyhinədirlər. Bu, əxlaqsızlıqdır, utancverici və qəbuledilməzdir. Daha bir pay
Back to Top