Azərbaycanlı boksçu erməni rəqibini məğlub edib - BAKU TV

Azərbaycanlı boksçu erməni rəqibini məğlub edib - BAKU TV Aktual xəbərlərimiz Azərbaycan əsilli ukraynalı boksçu Elmir Nəbiyev erməni rəqibinə qalib gəlib. Elmir İrəvandakı Avropa çempionatının ilk görüşündə yerli Canik Sahakyanla qarşılaşıb. Gərgin mübarizə ilə yadda qalan döyüş Nəbiyevin qələbəsi ilə bitib. 54 kq çəki dərəcəsində yarışan soydaşımız Ermənistan təmsilçisinə ümumən 3-2 hesabı ilə qalib gəlib. 1/4 finala yüksələn Ukrayna idmançısı burada fransalı Bilal Bennamla üz-üzə gələcək. Qeyd edək ki, Elmir Nəbiyev bir müddət əvvəl Xorvatiyanın Poreç şəhərindəki 22 yaşadək gənclərin Qitə çempionatında da çıxış edib. Yarımfinaladək uğurla irəliləyən Nəbiyev bu mərhələdə azərbaycanlı boksçu Ruslan Qədirovla qarşılaşıb və məğlub olub. Sosial şəbəkələrimiz
Back to Top