Rəsmi Bakıdan Ermənistana bəyanat cavabı - Baku TV

Rəsmi Bakıdan Ermənistana bəyanat cavabı - Baku TV Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edən 11 avqust 2021-ci il tarixli bəyanatı Ermənistanın sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönələn növbəti uğursuz cəhdidir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. “Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində “tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 noyabr 2020-ci il Moskva vaxtı ilə gecə yarıdan etibarən dayandırılması” elan edilir, o cümlədən Azərbaycanla Ermənistan “tutduqları mövqelərində dayanırlar” qeyd olunur. Vurğulamaq istərdik ki, “dayanmaq” sözü bu və ya digər kontekstdə “qalmaq” mənasını vermir. Bu həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir. Bundan əlavə, üçtərəfli bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhli
Back to Top