Ermənistandan hiyləgər addım - Baku TV

Ermənistandan hiyləgər addım - Baku TV Ermənistan Türkiyə və Azərbaycan üçün hava məkanını açıb. Bu barədə erməni mediasında məlumat yayılıb. Bildirilir ki, diplomatik münasibətlərin olmamasına baxmayaraq, bu addım atılıb. Təsadüfi deyil ki, ötən həftə Gəncədən Naxçıvana uçan Türk Hava Yollarına məxsus təyyarə yolunu Ermənistan üzərindən salmışdı. Bununla belə, rəsmi İrəvan bu addımı Azərbaycan və Türkiyədən də gözlədiyini bildirib. Lakin erməni hiyləsi burada da özünü göstərib. Belə ki, erməni mediasında vurğulanır ki, bu addımın müqabilində Bakıdan onlara lazım olan tək şey Xankəndi ilə mülki uçuşların həyata keçirilməsinə razılıq verilməsidir. Sözügedən məsələ ilə bağlı “Azərbaycan Hava Yolları“ndan bildirildi ki, Azərbaycanın hava məkanı vasitəsilə Ermənistanın hava limanlarına uçuşlar icra etmək üçün kommersiya aviasiyasının uçuşlarına məhdudiyyət yoxdur. Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münaqişə səbəbindən və qarşılıqlı maliyyə hesabatının mövcud olmaması ilə əlaqədar “AZAL” aviaşir
Back to Top